NATO-nun illik nüvə təlimi bu tarixdə başlayacaq
NATO-nun baş katibi Mark Rutte jurnalistlərə bildirib ki, oktyabrın 14-də “Steadfast Noon” illik nüvə qarşısının alınması təlimi başlayacaq. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Onun sözlərinə görə, manevrlərə 60-dan çox aviasiya vasitəsi cəlb olunacaq. Təlimlər əsasən Böyük Britaniya, Şimal dənizi, Belçika və Hollandiyada keçiriləcək.