AZ

Məlumatların məxfiliyi məsələləri Mərkəzi Asiya və Qafqaz üçün prioritet olaraq qalır – “Google”

Bakı. Trend:

Məlumatların məxfiliyi məsələləri Mərkəzi Asiya və Qafqaz üçünprioritet olaraq qalır.

Trend xəbər verir ki, bubarədə “Google”-un Mərkəzi Asiya və Qafqazdakı dövlət orqanları iləəlaqələr üzrə rəhbəri Olqa Skoroxodova Bakıda "PASHA Holding"tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitindədeyib.

“Gizlilik məsələləri bütün hökumətlər, o cümlədən Mərkəzi Asiyavə Qafqaz ölkələri üçün prioritet olaraq qalır. Məlumatlarınlokalizasiyasını gizlilik qorunması ilə tez-tez səhv başa düşürük.Məlumatların müəyyən bir ərazidə saxlanılmasının avtomatik olaraqonların təhlükəsizliyini təmin edəcəyini düşünürük, bu isə tamamiləyanlışdır. Hökumətlərin süni intellektin təqdim etdiyi imkanlardantam istifadə edə bilməsi üçün məlumat mübadiləsi son dərəcəvacibdir”, - Olqa Skoroxodova qeyd edib.

Onun sözlərinə görə, məlumatların məxfiliyi ilə bağlınarahatlıqların əsaslı olduğunu qəbul etmək vacibdir.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə dəinnovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Seçilən
12
az.trend.az

1Mənbələr