AZ

“Coursera”da 2500 kurs süni intellekt vasitəsilə Azərbaycan dilinə tərcümə olunur

Bakı. Trend:

“Coursera”da 2500 kurs süni intellekt vasitəsilə Azərbaycandilinə tərcümə olunur.

Trend xəbər verir ki, bubarədə Dördüncü Sənaye İnqilabının Təhlili və KoordinasiyaMərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda "PASHAHolding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiyaSammitində deyib.

“Coursera” tarixində ilk dəfə olaraq biz süni intellekttexnologiyaları vasitəsilə 2500 kursu Azərbaycan dilinə tərcüməedirik”, - Fariz Cəfərov bildirib.

Onun sözlərinə görə, yaxın zamanda Azərbaycanda pilot layihəhəyata keçirilib və bu çərçivədə ölkənin 10000 vətəndaşı “Coursera”platformasında onlayn təhsilə pulsuz çıxış əldə edib. Layihəninbaşa çatması ilə bağlı tədbir dünən keçirilib.

“Proqramın növbəti mərhələsində 200000 nəfərin onlayn təhsiləpulsuz olaraq çıxış əldə edilməsi nəzərdə tutulur”, - o əlavəedib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək, onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də,innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Seçilən
13
az.trend.az

1Mənbələr