AZ

Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq innovasiyaların inkişafı üçün həlledici əhəmiyyətə malikdir - “IT PARK Uzbekistan”

Bakı. Trend:

Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq innovasiyalarıngələcək inkişafı üçün həlledici əhəmiyyətə malikdir.

Trend xəbər verir ki, bubarədə “IT PARK Uzbekistan”ın icraçı direktoru Abdulahad KuçkarovBakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge”İnnovasiya Sammitində deyib.

Abdulahad Kuçkarov qeyd edib ki, bugünkü qlobal rəqabətregiondan kənara çıxır.

“Bir neçə il əvvəl ölkələr bir-biri ilə rəqabət aparırdı, indiisə Mərkəzi Asiya və Qafqaz dövlətlərinin Cənubi Asiya, Afrika vəAvropa ilə xarici investisiyalar üzrə rəqabət apardıqlarınıdüşünürəm. Region ölkələri arasında əməkdaşlıq gələcək inkişaf üçünhəlledici əhəmiyyətə malikdir. Burada görürük ki, Özbəkistan vəQazaxıstan eyni platformada çıxış edərək, hər iki ekosistemdənstartapları təqdim edir.

Özbəkistan barədə danışsaq - 37 milyon insan. Qazaxıstanda isə -20 milyon. Ancaq regionumuzu, Mərkəzi Asiya və Qafqazı, nəzərəalsaq, bu 100 milyon nəfərdən çoxdur. Regionun investisiyaları cəlbetmək üçün əsas üstünlüyü gənc istedadlardır. Regionun bütünölkələrində, Qazaxıstan, Özbəkistan və ya Azərbaycan,da çox saydaistedadlı gənclər var”, - o qeyd edib.

Onun sözlərinə görə, gənc mütəxəssislər üçün təhsilinfrastrukturu və proqramların yaradılması, eləcə də, şirkətlər vəyeni layihələrlə məşğul olacaq tələbələr üçün infrastrukturlarıninkişafı mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək, onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də,innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Seçilən
12
az.trend.az

1Mənbələr