AZ

BFB: Bazarın inkişafının növbəti mərhələsi törəmə maliyyə alətlərinin inkişafı ilə bağlı olacaq

Azərbaycanda kapital bazarının inkişafının növbəti mərhələsi törəmə maliyyə alətlərinin inkişafı ilə bağlı olacaq.

"Report" xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.

"Digər vacib məsələ maliyyə savadlılığının artırılmasıdır. Şirkətlər emissiya həyata keçirən zaman həm maliyyə göstəricilərini, həm də inkişaf planlarını ictimaiyyətə çatdırmalıdır", - deyə o qeyd edib.

Seçilən
16
sam.az

1Mənbələr