Azərbaycanda kapital bazarının inkişafının növbəti mərhələsi törəmə maliyyə alətlərinin inkişafı ilə bağlı olacaq.
"Report" xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.
"Digər vacib məsələ maliyyə savadlılığının artırılmasıdır. Şirkətlər emissiya həyata keçirən zaman həm maliyyə göstəricilərini, həm də inkişaf planlarını ictimaiyyətə çatdırmalıdır", - deyə o qeyd edib.