AZ

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiqlədi - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyədair Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncamimzalayıb.

Trend xəbər verir ki,sərəncama əsasən, “Su ehtiyatlarından səmərəli istifadəyə dairMilli Strategiya” (bundan sonra – Milli Strategiya) təsdiqedilib.

Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərinəlaqələndirilməsini “Su ehtiyatlarından səmərəli istifadənin təminedilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan RespublikasıPrezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli sərəncamıilə yaradılmış Komissiya həyata keçirəcək.

Nazirlər Kabineti Milli Strategiyanın həyata keçirilməsi iləbağlı görülən işlər, o cümlədən Milli Strategiyada nəzərdə tutulmuştədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə AzərbaycanRespublikasının Prezidentinə məlumat verməli, bu sərəncamdan irəligələn digər məsələləri həll etməlidir.

Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasınınmonitorinqini və qiymətləndirilməsini, Azərbaycan RespublikasıNazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Seçilən
26
49
az.trend.az

10Mənbələr