AZ

İtaliya A Seriyasında ötən ayın ən yaxşısı seçildi

style='margin-bottom:10px;'>

İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı futbolçusu bəlli olub.

QOL.az xəbər verir ki, bu, “Napoli” klubunun futbolçusu Xviça Kvaratsxeliya olub. 23 yaşlı gürcüstanlı hücumçu səsvermədə Qleyson Bremer ("Yuventus"), Santyaqo Kastro ("Bolonya"), Patrik Kutrone ("Komo"), Federiko Dimarko ("İnter") və Kristian Pulişiçi ("Milan") qabaqlayıb.

Qeyd edək ki, Xviça Kvaratsxeliya ötən ay keçirdiyi 3 oyunda 2 qol vurub və 1 qolun ötürməsini edib. Onun atası Badri Kvaratsxeliya isə Azərbaycan millisinin sabiq üzvüdür.

Seçilən
6
6
teleqraf.com

7Mənbələr