Bu gün Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvləri “Inmerge” İnnivasiya Sammitində iştirak ediblər.
Modern.az xəbər verir ki, Parlamentin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov, o cümlədən komitə üzvləri Mahir Süleymanlı, Mircəlil Qasımlı, Müşfiq Cəfərov iştirak ediblər.
Bakı Konqres Mərkəzində baş tutan ikigünlük sammitdə müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.