AZ

Hollivud ulduzu Vladimir Putin uğrunda ölmək istəyir

Rusiyayönlü baxışları və Putini dəstəkləməsi ilə tanınan Hollivud aktyoru və rejissoru Stiven Siqal cəfəngiyyatın daha bir hissəsini açıqlayıb.

Daha əvvəl işğalçıların terror aktı törətdiyi Yelenovkada olan sənətçi işğalçı ordu sıralarına qoşulmağa hazır olduğunu bildirib. Təbliğat mediası xəbər verir ki, o, bu barədə özünün “Ədalət naminə” sənədli filmində bildirib.

Seaqalın sözlərinə görə, o, Putinə məktub yazıb və orada niyyətindən danışıb. Aktyor Ukraynaya qarşı rus işğalçıları ilə bərabər döyüşməyə və cəbhəyə getməyə hazır olduğunu qeyd edib, və sonra əlavə etdi ki, “lazım gələrsə” hətta kumiri –Putin uğrunda öləcək.

“Müharibədən bir gün sonra məktub yazdım və əmin oldum ki, bu, çox güman ki, prezidentə çatacaq. Məktubda ona yazdım ki, indi əsl soydaşlarımızın kim olduğunu görəcəyik: “Bizim dostlarımız kimlər, düşmənlərimiz kimlərdir, mən prezidentimin tərəfində olacağam və prezidentimin tərəfində döyüşəcəm”, Siqal deyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
36
editor.az

1Mənbələr