AZ

''Beşiktaş''ın müdafiəçisi zədələndi

''Beşiktaş''ıbu yay heyətinə qatdığı oyunçulardan biri olan Qabriel Paulistanın zədəsinə aydınlıq gəlib.

Transfer olunduğu gündən bu yana əsas heyətin dəyişilməz üzvünə çevrilən və 12 rəsmi oyunun hamısında iştirak edərək 1 qol vuran braziliyalı müdafiəçi son turda ''Qaziantep''ə qarşı səfər matçında zədələnərək hələ ilk yarıda əvəzlənmişdi. Klubdan verilən məlumatda tibbi müayinə zamanı futbolçunun sol ayaq əzələsində yırtıq aşkarlandığı qeyd olunub. Bu da o deməkdi ki, 33 yaşlı futbolçu təxminən 3 həftəliyə sıradan çıxıb.

Oktyabrın 28-də ''Beşiktaş'' səfərdə ''Qalatasaray''a qarşı prinsipial derbiyə çıxacaq. Klubun tibbi personalı Paulistanı həmin oyuna yetişdirmək üçün əlindən gələni edəcək.

ƏLİ

Seçilən
29
football-plus.az

1Mənbələr