AZ

Con Kennedinin gəlini öldü

ABŞ senatoru və baş prokuroru Robert Kennedinin dul arvadı Ethel 97 yaşında vəfat edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun nəvəsi III Co Kennedi X sosial şəbəkəsində məlumat verib.

Ölümün səbəbi yaşlı qadının keçən həftə keçirdiyi insultdan yaranan fəsadlar olub. Ethel Kennedi ictimai fəaliyyətlə məşğul idi, xüsusən də insan haqlarını fəal şəkildə müdafiə edirdi.

Ethel Robert Kennedinin dul arvadı, prezident Con Kennedinin gəlini və bu yaxınlarda prezidentlik kampaniyasını başa vuran və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləyən kiçik Robert Kennedinin anasıdır .

2014-cü ildə prezident Barak Obama Ethel Kennedini "Azadlıq medalı" ilə təltif etdi.


Müəllif: Arzu
Seçilən
24
teleqraf.com

1Mənbələr