AZ

Qazaxıstan Türkmənistana ixracı 120 milyon dollar artırmağa hazırdır

Astana, 11 oktyabr, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabada rəsmi səfərini dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çıxarılması üçün mühüm addım adlandırıb.

AZƏRTAC Akordanın (Qazaxıstan Prezident Administrasiyası) mətbuat xidmətinə istinadla xəbər verir ki, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla geniş tərkibdə danışıqlar zamanı Qazaxıstan Respublikasının Prezidenti bildirib ki, onun ölkəsi Türkmənistana 80 əmtəə mövqeyi üzrə ümumi məbləğdə təxminən 120 milyon dollarlıq ixracı genişləndirməyə hazırdır.

“Mən iki ölkənin iri kommersiya və milli şirkətlərinin nümayəndələrinin səylərini sənaye, tikinti, logistika, rabitə və iqtisadiyyatın digər sahələrində real layihələrin həyata keçirilməsinə yönəltməyi vacib hesab edirəm”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.

Kasım-Jomart Tokayev “İnvestisiyaların Təşviqi və Qarşılıqlı Qorunması Haqqında Hökumətlərarası Saziş”in imzalanmasının ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına əlavə təkan verəcəyinə əminliyini ifadə edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

 

Seçilən
42
azertag.az

1Mənbələr