AZ

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

Bu

11 Oktyabr - Beynəlxalq Qız Uşaqları Günüdür. Qızların cinsiyyətlərinə görə qarşılaşdıqları bərabərsizliyə diqqəti artırmaq məqsədilə 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarla bu gün xüsusi qeyd olunmağa başlayıb.

Reyting.az
xəbər verir ki, Beynəlxalq Qız Uşaqları Günü çərçivəsində təhsil hüququ, qidalanma, qanuni hüquqlar, qadınlara qarşı zorakılıq və məcburi nikah məsələləri də gündəmə gətirilir.

UNICEF dünyada 370 milyondan çox qız və ya gənc qadının 18 yaşına çatmamış zorakılığa və ya cinsi təcavüzə məruz qaldığını açıqlayıb. UNICEF-in məlumatları göstərir ki, dünyada hər 8 qızdan 1-i bu cür zorakılığa məruz qalıb.

V. QULİYEV
Seçilən
26
reyting.az

1Mənbələr