AZ

“Turan Tovuz”un futbolçusu millidə qələbənin iştirakçısı oldu

“Turan Tovuz”un futbolçusu Denis Marandiçi Moldova yığmasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi UEFA Millətlər Liqasının Andorra ilə III tur matçında iştirak edib. 57-ci dəqiqədə oyuna daxil olan Marandiçi sona qədər meydanda qalıb.

Matç Moldovanın qələbəsiylə başa çatıb – 2:0.

Moldova millisi D Liqasının 2-ci qrupunda 6 xalla birinci sıradadır.

Seçilən
31
futbolpress.az

1Mənbələr