Kolorado ştatında məşhur Mollie Kathleen qızıl mədənində yerin altında qalan 12 nəfərin hamısı xilas edilib.
Trend-in məlumatına görə, bu barədə ştatın qubernatoru Jared Polis məlumat verib.
"Mollie Kathleen mədənində sıxışan 12 nəfərin sağ-salamat xilas edilməsindən məmnunam", - o, X sosial şəbəkəsində yazıb.
Polis hadisədə həlak olanların ailəsinə başsağlığı verib.
Qeyd edək ki, mədən məşhur turistik məkanlardan biridir və dərinliyi təxminən 300 metrdir.