Bakı. Trend:
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) xaricdəki seçicilərbarədə məlumatları emal edib.
Trend bu barədə GürcüstanınKİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, xaricdə yaşayan 95834 nəfər oktyabrın 26-dakeçirilməsi nəzərdə tutulan parlament seçkilərində səs verməkhüququna malikdir.
“Sentyabrın 26-da keçirilən iclasda MSK parlament seçkilərizamanı xaricdən səsvermə hüququna malik 65508 nəfər üçün 42 ölkədə60 seçki məntəqəsi yaradıb”, - Gürcüstan Mərkəzi SeçkiKomissiyasından bildirilib.
Məlumata görə, əlavə 30326 seçici üçün daha 7 məntəqəninaçılması planlaşdırılır.
Gürcüstan qanunvericiliyinə görə, xaricdəki seçki məntəqəsikonsulluq qeydiyyatında olan ən azı 50 və ən çoxu 3000 seçici üçünyaradılır.