Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan qanunsuz mülkiyyət işi üzrə Baş Prokurorluğa çağırılıb.
Modern.az-ın məlumatına görə, Davtyan oktyabrın 18-də Baş Prokurorluqda olmalıdır.
Qeyd edək ki, o, keçmiş müdafiə naziri David Tonoyan və bir sıra digər yüksək rütbəli hərbçilərlə birlikdə döyüş sursatının tədarükü zamanı sui-istifadə hallarına görə istintaqa cəlb olunur.
Davtyan iki dəfə - 2018-2020-ci illərdə, həmçinin 2021-2022-ci illərdə Baş Qərargaha rəhbərlik edib.
Bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan və Silahlı Qüvvələrin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan da prokurorluğa çağırılıb.