AZ

Kennedinin xanımı vəfat etdi

ABŞ-ın baş prokuroru, Amerikanın 35-ci prezidenti Con Kennedinin qardaşı Robert Kennedinin arvadı Ethel Kennedi vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun nəvəsi, keçmiş konqresmen III Co Kennedi məlumat verib.

 

O, oktyabrın 10-da 96 yaşında vəfat edib.  Ethel kennedinin doqquz övladı, 34 nəvəsi və 24 nəticəsi var idi.

 

Ethel Kennedi 1928-ci ildə Çikaqoda anadan olub. 1945-ci ildə Manhettenvill Kollecinə daxil olub və orada Robert Kennedinin bacısı Jan Kennedi ilə tanış olub. 18 illik evlilikləri ərzində Robert və Ethel Kennedi 11 uşaq valideynləri olub. Oğullarından biri bu yaxınlarda ABŞ prezident seçkiləri üçün kampaniyasını başa vurmuş kiçik Robert Kennedidir.

Seçilən
3
2
modern.az

3Mənbələr