AZ

Taliban hökuməti Özbəkistana səfir göndərib

Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan İslam Əmirliyinin Özbəkistana təyin etdiyi səfir Şeyx Əbdülqaffar Bəhr etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri Bəxtiyar Səidova təqdim edib.

Hafta.az-ın yazdığına görə, Əfqanıstan İslam Əmirliyi Xarici İşlər Nazirliyinin sözçüsü Əbdülqahhar Belhi mövzu ilə bağlı deyib: “Mərasim zamanı İslam Əmirliyinin səfirini səmimi qarşılayan Səidov bu inkişafı Əfqanıstan-Özbəkistan diplomatik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirərək, hər iki ölkənin ümumi maraqlarının olduğunu və son dövrlərdə əhəmiyyətli iqtisadi artım əldə etdiyini bildirib. Səidov, İslam Əmirliyi səfir təyin etdikdən sonra ikitərəfli əlaqələrin daha da genişlənəcəyini bildirib".

Sözçü qeyd edib ki, Özbəkistanda səlahiyyətli nümayəndə kimi fəaliyyət göstərməkdən məmnunluğunu bildirən Bəhr ikitərəfli münasibətlərin inkişafını çox mühüm mərhələ kimi dəyərləndirib, gələcək tərəqqi və genişlənməyə ümid etdiyini bildirib.

Özbəkistanın Əfqanıstana olan xoş niyyətini yüksək qiymətləndirən və Əfqanıstanı qardaş ölkə kimi xarakterizə edən səfir Bəhr, Əfqanıstandakı mövcud sabitliyin investisiyalar üçün əhəmiyyətli fürsət olduğunu vurğulayıb və hər iki ölkə üçün maksimum fayda təmin etmək məqsədilə bu fürsətdən istifadə edilməsinin vacibliyini vurğulayıb.

“İslam Əmirliyi səfirinin yaxın vaxtlarda etimadnamənin əslini Özbəkistan prezidenti Şavkat Mirziyoyevə təqdim edəcəyi gözlənilir”, - sözçü deyib.

Özbəkistan Türkmənistanla yanaşı, Əfqanıstanın ən yaxşı münasibətlərə malik olduğu qonşu kimi seçilir.

Seçilən
8
hafta.az

1Mənbələr