AZ

UNEC-də şəhid Teymur Məcidzadəyə həsr olunan “Şuşada bitən yuxu” kitabının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Vətənmüharibəsində şəhidlik zirvəsinə ucalmış Teymur Məcidzadənin doğum günü münasibətiləşəhidə həsr olunmuş “Şuşada bitən yuxu” kitabının təqdimat mərasimikeçirilib.

Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov və universitetkollektivi ilə yanaşı, Nizami rayon İcra Hakimiyyətinin başçısıCoşqun Cəbrayılov, millət vəkilləri, şəhidin ailə üzvləri,yaxınları və digər qonaqlar iştirak ediblər.

Təqdimatdan öncə iştirakçılar UNEC-in şəhid olmuş tələbə vəməzunlarının Xatirə Kompleksini ziyarət edərək, önünə gül dəstələridüzüblər, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən UNEC rektoru professor Ədalət Muradov Vətən uğrundacanlarını fəda etmiş şəhidlərin vətəninə, torpağına verdikləridəyərdən söz açıb. Azərbaycanın bütövlüyü və azadlığı uğrundaUNEC-in 48 tələbə və məzununun şəhid olduğunu deyən rektor,dövlətimiz, xalqımız yaşadıqca, onların əziz xatirəsinin daima ucatutulacağını vurğulayıb. Rektor ölkə Prezidenti, Ai Baş Komandancənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş qələbədəndanışaraq, bu şanlı zəfərin arxasında xalqın birliyi ilə yanaşı,şəhid analarının fədakarlığının və yüksəkliyinin dayandığını dadiqqətə çatdırıb.

Ədalət Muradov müharibənin bitməsinə və Azərbaycanın qələbəsinəbir gün qalmış şəhid olan Teymur Məcidzadəyə həsr edilən “Şuşadabitən yuxu” kitabının adının mistik məna daşıdığını, 30 ilyuxularımızda gördüyümüz və xəyalı ilə yaşadığımız qələbəyə məhzŞuşa Zəfəri ilə qovuşduğumuzu diqqətə çatdırıb.

Teymur Məcidzadənin anası Yasəmən xanım övladının vətənsevgisindən danışaraq, onunla hər zaman qürur duyduğunu bildirib.Şəhidlərin xatirəsinin yad edilməsinin, əziz tutulmasının onlarınailələri üçün böyük təsəlli olduğunu söyləyib.

Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovtədbirdə çıxış edərək, Ali Baş Komandan cənab İlham Əliyevinrəhbərliyi və müzəffər ordumuzun şücaəti ilə Vətən müharibəsindəxalqımızı və dövlətimizi şanlı qələbəyə aparan yoldan danışıb.Adlarını zəfər tariximizə əbədi yazdıran Teymur Məcidzadə kimiqəhrəman oğulların həyat yolunun xalqımız üçün qürur mənbəyi, hərbir azərbaycanlı gənc üçün örnək olduğunu vurğulayıb.

Çıxışlardan sonra Teymur Məcidzadəyə həsr olunmuş videoçarxnümayiş olunub və tədbir bədii hissə ilə davam edib. BeynəlxalqMuğam Mərkəzinin solisti Mirələm Mirələmov, UNEC YaradıcılıqMərkəzinin Bədii Qiraət dərnəyinin üzvləri olan tələbələrvətənpərvərliyə həsr olunan musiqi və şeir parçalarısəsləndiriblər. Ağdam rayon 33 nömrəli tam orta məktəbin TeymurMəcidzadə adına 4-cü sinfinin şagirdləri “Cənab leytenant”musiqisini ifa ediblər.

Sonda kitabın müəllifi Könül Qurbanova çıxış edərək, TeymurMəcidzadəyə həsr etdiyi “Şuşada bitən yuxu” kitabının ərsəyəgəlməsindən danışıb. Kitabda şəhidin qısa lakin, şərəfli həyat vədöyüş yolundan bəhs edildiyini, onunla bağlı maraqlı xatirələrinyer aldığını bildirib.

Təqdimatdan sonra iştirakçılar UNEC Muzeyində şəhidlər üçünyaradılmış guşə ilə və şəhid rəsmlərindən ibarət stendlə tanışolublar.

Xatırladaq ki, Teymur Məcidzadə 2020-ci il 9 noyabrda Vətənmüharibəsinin 43-cü günündə, Şuşanın alınmasına saatlar qalmış,Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”,“Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”,“Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Məqalədə:
Seçilən
14
33
az.trend.az

10Mənbələr