AZ

"Bu ay daha yaxşı nəticələr qazanacağıq" - Montella

style='margin-bottom:10px;'>

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella bu gün Millətlər Liqasının 3-cü turu çərçivəsində Monteneqroya qarşı keçirəcəkləri matç haqqında danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis həm bugünkü görüşdə, həm də İslandiya ilə 4-cü tur oyununda yaxşı çıxış edəcəklərinə inandığını deyib: 

"Hər oyuna final gözü ilə baxırıq. Qısa müddət ərzində 2 oyun keçirəcəyik. Bu görüşlərdə ən yaxşı səviyyədə oynamaq istəyirik. Sentyabr ayında çox yaxşı nəticələr qazandıq. Buaykı nəticələrimiz daha da yaxşı olacaq. Buna şübhəm yoxdur. Çox ümidliyəm. Türkiyəni ən yaxşı şəkildə təmsil edəcəyimizi bilirəm". 

O, Monteneqro millisi haqqında xoş sözlər səsləndirib: "Monteneqro millisi çox yaxşı komandadır. İlk 2 oyunlarında istədikləri kimi nəticə qazana bilmədilər. Monteneqro təhlükəli bir komandadır. Onlara böyük hörmətimiz var. Matçda ən yaxşı nəticəni qazanmaq istəyirik".

Qeyd edək ki, Türkiyə - Monteneqro oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Seçilən
3
teleqraf.com

1Mənbələr