AZ

Baydenin müşaviri: Maliyyə dəstəyi iqlim fəaliyyətində ən kritik məsələdir

“Dünənki plenar iclasda qeyd etdiyim kimi, 2024-cü il iqlim böhranı ili kimi müəyyən edilib”.

APA xəbər verir ki, bunu "PreCOP" çərçivəsində "İqlim və İnkişaf" mövzusunda Nazirlər Konfransında ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podesta deyib.

O bildirib ki, iqlim böhranı dünyanı narahat edən əsas məsələlərdən biridir: “Biz burada danışarkən Milton qasırğası ABŞ-də zərərlər törətməkdədir. Tullantıları azaltmaq üçün təcili addımlar atmaqla yanaşı, iqlim fəlakətlərinə reaksiyamızı da gücləndirməliyik və gələcək ekstremal hava şəraitinə qarşı işlər görməliyik”.

O həmçinin qeyd edib ki, inkişaf etməkdə olan ölkələrə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə bu böhranı idarə etmək və uyğunlaşdırmaq üçün dəstək olmalıyıq: “Maliyyə dəstəyi iqlim fəaliyyətində ən kritik məsələdir”.

Seçilən
15
3
apa.az

4Mənbələr