AZ

Elmir Vəlizadə: Jurnalistlərin peşəkar yanaşması informasiya əsrində həqiqəti təbliğ etmək üçün həlledici rol oynayır

Bakı, 11 oktyabr, AZƏRTAC

Dünya mediasında yaydığımız xəbərlər artıq diqqəti çəkir və Azərbaycan öz mövqeyini daha güclü şəkildə təqdim edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə oktyabrın 11-də keçirilən “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfransda çıxışı zamanı deyib.

Elmir Vəlizadə qeyd edib ki, jurnalistlər milli maraqlara əsaslanan aydın baxışa sahib olmalı, seçici olmalı və yaydığı məlumatların dəqiqliyinə xüsusi diqqət yetirməlidirlər. Onlar müxtəlif kampaniyalara və ya təxribatlara aldanmamalı, məlumatın arxasında dayanan maraqlı qüvvələri ifşa etməli, Azərbaycan həqiqətlərini geniş məkanda yaymaqda fəal olmalıdırlar.

“Bugünkü texnologiyalar, xüsusən də süni intellekt əsri jurnalistlərin işini daha da inkişaf etdirir. Süni intellekt vasitəsilə sosial media kampaniyaları yaradılır, əvvəlcədən müəyyən mövzular əsasında yayımlanan məlumatlar formalaşdırılır. Lakin texnologiyalar özü-özlüyündə yalnız vasitədir, jurnalistlərin peşəkar yanaşması və məsuliyyəti informasiya əsrində həqiqəti təbliğ etmək üçün həlledici rol oynayır”, - deyə Elmir Vəlizadə əlavə edib.

Seçilən
11
1
azertag.az

2Mənbələr