AZ

Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırılıb

Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Artak Davtyan Baş Prokurorluğa çağırılıb.

Olaylar bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, o, qanunsuz əmlakla bağlı oktyabrın 18-nə Baş Prokurorluğa çağırılıb.

Qeyd edək ki, Artak Davtyan 2018-2020-ci illərdə, eləcə də 2021-2022-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində işləyib.

O, həmçinin keçmiş müdafiə naziri David Tonoyan və başqaları ilə birlikdə silah-sursat tədarükü zamanı sui-istifadə halları ilə bağlı ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
13
olaylar.az

10Mənbələr