AZ

Nazir Məsut Özillə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Almaniya yığmasının türkəsilli sabiq üzvü, dünya çempionu Məsut Özilin də daxil olduğu nümayəndə heyətini salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı idman sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər.

Məsut Özilin bu gün "Qarabağ"ın saat 16:30-da baş tutacaq açıq məşqində iştirak edəcəyi gözlənilir.

Seçilən
5
28
fanat.az

10Mənbələr