AZ

Muxtar Babayev Sudanın su ehtiyatları və suvarma naziri ilə COP29-u müzakirə edib

COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Cənubi Sudanın su ehtiyatları və suvarma naziri Pal Nyoai ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib.

Bildirilib ki, su problemi iqlim dəyişikliyinin əsasında dayanır və COP29-da bu mövzuya xüsusi diqqət ayrılacaq.

Həmçinin tərəflər arasında İqlim Fəaliyyəti üçün Su haqqında COP29 Bəyannaməsi müzakirə edilib.

Seçilən
10
7
operativmedia.az

8Mənbələr