AZ

COP29-da Bakının adını daşıyacaq 8 Bəyannamə və öhdəliklər olacaq...

Image

COP29-da bir çox istiqamətlər üzrə Bakının adını daşıyan sənədlərin qəbulu, bəyannamələrin imzalanması gözlənilir. Bu, hansısa konkret istiqamətlər üzrə olmayacaq.

Bunu COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə müsahibəsində deyib.

Yalçın Rəfiyevin sözlərinə görə, Bakının adı ilə bağlı olan 14 təşəbbüs arasında bir çox təşəbbüslər var ki, onların bəziləri Bəyannamə ilə yekunlaşacaq, bəzi təşəbbüslərin adı artıq Bakı ilə bağlıdır: "Məsələn, adı Bakı ilə bağlı olan iqlim, maliyyə, ticarət və investisiya təşəbbüsü var. Eyni zamanda, 8 Bəyannamə və öhdəliklər var ki, Bakının adını daşıyacaq və COP tarixində qalacaq. Bunlar fərqli sahələri əhatə edəcək".

ZÜMRÜD





Seçilən
3
2
baki-xeber.com

3Mənbələr