AZ

Nobel Sülh Mükafatı laureatlarının adları açıqlanıb

Norveçin paytaxtı Osloda Nobel Sülh Mükafatı laureatlarının adları açıqlanıb. Missiya.Az xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.

2024-cü ildə nüfuzlu mükafat Yaponiyanın Xirosima və Naqasakiyə atılan atom bombalarının qurbanlarını birləşdirən Nihon Hidankyo təşkilatına verilib. Mükafat "nüvə silahlarından azad dünya qurmaq səylərinə görə" verilib.

Təşkilat, Nobel Komitəsinə görə, "şahidlərin ifadələri vasitəsilə nüvə silahından bir daha heç vaxt istifadə edilməməli olduğunu göstərir".

Qeyd edək ki, Biologiya və tibb, fizika, kimya və ədəbiyyat sahələrində Nobel mükafatı laureatlarının adları daha əvvəl məlum olub.  Oktyabrın 14-də iqtisadiyyat sahəsi üzrə 2024-cü ilin Nobel mükafatçılarının adları açıqlanacaq. Mükafatlar laureatlara dekabrın 10-da, Alfred Nobelin vəfat etdiyi gün İsveçin paytaxtı Stokholm və Osloda veriləcək.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
12
4
missiya.az

6Mənbələr