AZ

Güclü külək əsdi: Sakinlər işıqsız qaldı...

Əsən güclü külək sakinləri işıqsız qoydu

İsmayıllıda əsən güclü külək fəsadsız ötüşməyib. Belə ki, güclü külək irigövdəli ağacı aşırıb sakinlər işıqsız qalıb.

İsmayıllıda əsən güclü külək iri gövdəli ağacı aşıraraq 10 kv dirəyi zədələyib. Rayonda ötən axşamdan əsməyə başlayan güclü külək fəsadlara yol açıb.

Belə ki, rayonun məcburi köçkünlər üçün salınmış ərazisində külək iri gövdəli ağacı aşırıb. Ərazidə olan 10 kv-luq elektrik dirəyinin biri aşıb digəri isə zədələnib.

Nəticədə elektrik kabelləri sıradan çıxıb və 55 ailəyə verilən elektrik enerjisinin verilişi dayandırılıb. Ərazidə yaşayan sakinlər səhərə qədər işıqsız qalıb.

Hazırda yaranan problemin aradan qaldırılması istiqamətində aidiyyatı qurumun əməkdaşları hadisə yerinə cəlb olunub və qəzanın aradan qaldırılması üçün zəruri işləri həyata keçirirlər.

Seçilən
15
news365.az

1Mənbələr