AZ

Fərid Qayıbov Mesut Özillə görüşdü

Bu gün gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

İdmanxeber.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü, dünya çempionu Mesut Özilin də daxil olduğu nümayəndə heyətini salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

 

Qonaqlar səmimi qəbul görə təşəkkür ediblər.

Xatırladaq ki, Özilin Bakı səfərinin təşkilatçısı “Qarabağ” Futbol Klubudur

Seçilən
10
30
idmanxeber.az

10Mənbələr