AZ

Netanyahu və Bayden İrana hücum planında razılaşmaq üzrədir

Bakı, TurkicWorld

İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Co Baydenin Tel-Əvivin İrana qarşı mümkün hücum planının mahiyyəti və əhatə dairəsi ilə bağlı razılığa yaxın olduqları iddia edilib.

TurkicWorld xəbər verir ki, bu barədə İsrailin Walla xəbər saytı yazıb. Açıqlamaya görə, İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Baydenin oktyabrın 9-da telefon danışığında İsrailin İrana qarşı mümkün cavab tədbirini müzakirə ediblər.

İsrail İranın raket hücumlarından sonra sərt hərbi cavab verəcəyini bəyan edib. Mümkün hücumun əhatə dairəsi və miqyası barədə detallı məlumatlar açıqlanmasa da, İsrailin İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsi və bunun əhatə dairəsi məsələsində tərəflərin daha yaxın mövqelərə gəldiyi bildirilir.

Müzakirələr, xüsusən də İranın İsrailə qarşı artan təhlükəsi və raket hücumlarına cavab olaraq hərbi əməliyyatların necə həyata keçiriləcəyinə dairdir.

Fikir ayrılıqları böyük ölçüdə aradan qaldırılsa da, İsrailin mümkün cavab hücum planının Vaşinqton administrasiyasının istədiyindən "bir az daha aqressiv" olduğu bildirilib.

İsrail Təhlükəsizlik Kabinetinin dünən axşam saatlarında keçirilən iclasında Netanyahu və müdafiə naziri Yoav Gallantın İrana hücumun vaxtını müəyyən etmək səlahiyyətini verməsi gözlənilir.

Qeyd edək ki, İran oktyabrın 1-də İsrailə 200 raketlə hücum edib. Təl-Əviv rəhbərliyi isə İranın bu hücumuna sərt cavab veriləcəyini bəyan etmişdi. Netanyahu, "İran böyük səhv etdi, bunun əvəzini ödəyəcək" deyərək, İranın hərbi təhdidlərinə qarşı İsrailin cavab verəcəyini açıq şəkildə vurğulayıb.

Seçilən
17
50
turkic.world

10Mənbələr