AZ

IRENA-nın baş direktoru: "İqlim məqsədlərinə nail olmaq üçün enerji keçidi sürətləndirilməlidir"

XXI əsrin sonuna qədər qlobal temperaturun sənaye inqilabından əvvəlki səviyyədən 1,5 dərəcə yuxarı həddə məhdudlaşdırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün qlobal enerji keçidinin sürətləndirilməsini tələb edəcək.

"Far.Az" xəbər verir ki, bunu IRENA-nın baş direktoru Françesko de Kamera Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində panel sessiyasında deyib.

O qeyd edib ki, 2023-cü il bərpa olunan enerji mənbələri üzrə daha bir rekord il olub.

“IRENA-nın məlumatlarına əsasən, 473 giqavat bərpa olunan enerji gücü və ya 87 % yeni gücün əlavə edilməsi nəticəsində qlobal bərpa olunan enerji gücü demək olar ki, 3,9 teravat artıb”, - baş direktor qeyd edib.

F.Kamera bildirib ki, günəş fotoelektrik enerjisi istisna olmaqla, bütün bərpa olunan enerji texnologiyaları üzrə gücün artımı tələb olunan səviyyədən aşağı olaraq qalır: "Quruda külək generatorlarının illik gücü 3 dəfə, dəniz generatorları və bioenerji 6 dəfə, geotermal enerji 35 dəfə artmalıdır”.

Seçilən
26
1
far.az

2Mənbələr