AZ

Fərid Qayıbov Bakıda olan Mesut Özillə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Almaniya millisinin türkəsilli sabiq futbolçusu Mesut Özili qəbul edib.

Arena.az bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, bu gün nazir Fərid Qayıbov ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü, onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü, dünya çempionu Məsut Özilin də daxil olduğu nümayəndə heyətini salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı idman sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Qonaqlar səmimi qəbul görə təşəkkür ediblər.

Xatırladaq ki, adını futbol tarixinə qızıl hərflərlə yazdırmış Mesut Özil bu gün “Qarabağ” futbol klubunun da qonağı olacaq. O, komandamızın açıq məşqində iştirak edəcək. Daha sonra dünya futbolunun sevilən ulduzu gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək! Bu maraqlı şou “Azərsun Arena”da baş tutacaq. Tədbirə saat 16:30-da start veriləcək.

Seçilən
19
30
arena.az

10Mənbələr