AZ

Xarici zeytun yağları yerli istehsalı necə sıxışdırır?

İqtisadçı Xalid Kərimli, Azərbaycanda zeytun bolluğu yaranmadığı müddətcə sahibkarların məhsulun qiymətini aşağı salmayacaqlarını bildirib. O, zeytun yağının bir litrinin 20 manata satılmasının səbəblərini izah edərək, ixrac edilən məhsulun satışının qiymətləri təsir etdiyini vurğulayıb.

Fins.az xəbər verir ki, X.Kərimli, Azərbaycanda əvvəllər mövcud olan zeytun bağlarının dağıdıldığını xatırladaraq, son 10 ildə bu sahədəki fəaliyyətlərin hələ məhsuldar dövrə çatmadığını qeyd edib. “Zeytun ağacları əkilən kimi dərhal məhsul vermir, bunun üçün müəyyən bir müddət keçməlidir,” - deyə ekspert əlavə edib.

Eyni zamanda, o, xaricdən gətirilən zeytun yağlarının yerli bazarda qiymət formalaşdırdığını və bu vəziyyətin yerli istehsalçıların məhsul qiymətlərini artırdığını qeyd edib. Zeytun məhsulunun bol olması halında qiymətlərin aşağı düşməli olduğunu vurğulayıb.

Zemfira Ms
Fins.az

Seçilən
14
fins.az

1Mənbələr