AZ

PA rəsmisi: "Bələdiyyələrin 8 milyon manata yaxın borcu var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 1 100-dək bələdiyyənin 8 milyon manata yaxın borcu var".
"Report" xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, son açıqlanan rəqəm belə olsa da, bu statistika tez-tez dəyişir: "Amma borcların silinməsi bələdiyyələrdə arxayınlıq yarada bilər. Onlar gələcəkdə də sosial sığorta ödənişlərinin silinəcəyini düşünər".
PA rəsmisi həmçinin bildirib ki, 400-ə yaxın bələdiyyənin torpaq vergilərindən əlavə gəlirləri yoxdur.
Seçilən
3
oxu.az

1Mənbələr