İnternet arxivlərinin daxil edildiyi nəhəng sayt sındırılıb.

İndex.az xəbər verir ki, “İnternet Archive”in “Wayback Machine” saytından 31 milyon istifadəçinin parollarının oğurlandığı bildirilir.

“İnternet Archive”in təsisçisi və rəqəmsal kitabxanaçı Kahle etiraf edib ki, çərşənbə axşamından etibarən saytı və serverləri sındırmağa yönəlmiş bir sıra DDoS hücumları həyata keçirilib.

Kahle sosial mediada yazıb ki, hücum saytı pozaraq istifadəçi adları, e-poçt və parolların sızmasına səbəb olub.

Bir neçə saat sonra paylaşdığı yazıda o, sayta hücum edənlərin geri qayıdaraq həm “İnternet Archive”in əsas saytını, həm də rəqəmsallaşdırılmış açıq mənbə kataloqu olan “Açıq Kitabxana”nı sildiklərini söyləyib.