AZ

Kadırov senator və iki deputata qan davası açdı


Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Dağıstandan olan senator və milyarder Süleyman Kərimov, həmçinin Dövlət Dumasının iki deputatı - Bexan Baraxoyev və Rizvan Kurbanovla qan davası ilə hədələyib.
Yeniavaz.com
Rusiya KİV-ə istinadla xəbər verir ki, o, bu barədə özünün “Telegram” kanalında bildirib.
Belə ki, Kadırov respublikanın təhlükəsizlik blokunun nümayəndələri ilə görüş keçirib. O, görüşdə deyib ki, bu üç nəfər “Wildberries” ofisi yaxınlığında baş verən atışmada günahkardır və bundan əlavə, Kadırovun qətli üçün sifariş verməyi planlaşdırır.
“Şahidlər var, adamlar var ki, onlara sifariş veriblər, soruşublar ki, siz (Ramzan Kadırovun qətlinə görə) sifarişi neçəyə qəbul edə bilərsiniz?” - Kadırov deyib.
“Əgər əksini sübut etməsələr, Bexan Baraxoyev, Süleyman Kərimov, Rizvan Qurbanova qarşı rəsmən qan davası elan edirəm”, - deyə Kadırov əlavə edib.
Kadırov “Wildberries” ofisi yaxınlığında baş verən insidentə milli rəng vermək və məişət münaqişəsinə görə insanları bir-birinə qarşı qoymaq cəhdlərinə qarşı xəbərdarlıq edib.
“Əgər kimin Kadırovun adamlarından şikayəti varsa, onu şəxsən mənə bildirsinlər, çünki mən Kadırovun əsas adamıyam”, - deyə o, deyilən sözə görə cavab vermək lazım olduğunu vurğulayıb.
Qeyd edək ki, Ramzan Kadırovun “Wildberries” şirkətinin təsisçisi Tatyana Kim və Vladislav Bakalçukun boşanması fonunda böyüyən “Wildberries” bazarı ətrafında münaqişədə iştirakı qeyd olunur.
Bu məsələdə Kadırovun Vladislav Bakalçuku dəstəklədiyi, milyarder Süleyman Kərimovun isə Tatyana Kimin tərəfində olduğu bildirilir.
Xatırladaq ki, “Wildberries” ofisi yaxınlığında baş verən atışma nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Ertəsi gün 30-dan çox adam məhkəmə tərəfindən həbs edilib. Vladislav Bakalçuk, vəkillərinin dediyinə görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən 105-ci “Qətl” maddəsi ilə ittiham olunub. Lakin iki gün sonra Bakalçuk öz Telegram kanalında azad olduğunu yazıb.
Seçilən
19
yeniavaz.com

1Mənbələr