AZ

Aşqabadda Putin Pezeşkianla görüşdü

Rusiya prezidenti Vladimir Putin Aşqabadda İran prezidenti Məsud Pezeşkianla görüşüb.

KONKRET.az xəbər verir ki, bu, onların ilk görüşüdür. Putin bildirib ki, İran və Rusiyanın mövqeləri eynidir və onlar  dünyada baş verən hadisələrdə yaxından iştirak etməlidirlər. O, həmçinin İranın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS-dəki roluna diqqət çəkib. Putinin sözlərinə görə, 2024-cü ildə dövlətlər arasında əmtəə dövriyyəsində artım var. Xatırladaq ki, oktyabrın 22-dən 24-dək Kazanda BRİKS sammiti keçiriləcək və orada iki dövlət başçılarının daha bir görüşü planlaşdırılır.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
25
konkret.az

1Mənbələr