Gəndob-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Manset.az Report-a istinadən xəbər verir ki, qəza zamanı “Vaz-21011” markalı avtomobil “Vaz-21099” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə şəxsiyyəti hələ müəyyən edilməyən iki nəfər ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.