AZ

Nobel Sülh Mükafatının yeni sahibi bilindi

2024-cü il üçün Nobel Sülh Mükafatı İkinci Dünya Müharibəsinin sonunda Xirosima və Naqasakiyə atılan atom bombaları qurbanlarını birləşdirən Yaponiyanın “Nihon Hidankyo” təşkilatına verilib.

Nobel Komitəsi bu barədə oktyabrın 11-də X sosial şəbəkəsində məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, təşkilat bu mükafatı “nüvə silahlarından azad dünya yaratmaq səylərinə və nüvə silahının bir daha heç vaxt istifadə oluna bilməyəcəyini şahid ifadələri ilə nümayiş etdirdiyinə görə” alıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
28
editor.az

1Mənbələr