AZ

Dünyanın ən yaraşıqlı kişisinin adı AÇIQLANDI

Cərrahlar dünyanın ən yaraşıqlı kişisinin adını açıqlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 34 yaşlı britaniyalı aktyor Aaron Teylor-Conson dünyanın ən yaraşıqlı kişisi kimi tanınıb.
Həmkarları ilə birlikdə geniş iş aparan estetik cərrah Culian De Silva sənətçini güclü cinsin ən cazibədar nümayəndələrinin reytinqinin zirvəsində yerləşdirmək qərarına gəlib.

Həkimlər məşhurların üzlərindəki qızıl nisbət quruluşunu analiz edərək, ideala ən yaxın parametrləri axtararaq hərtərəfli təhlillər aparıblar.

Ekspert bildirib ki, Teylor-Conson nisbətləri mükəmməl standartla 93,04 faiz üst-üstə düşür.

Reytinqdə ikinci yeri 92,41 faizlə aktyor Lüsyen Laviskont, 92,38 faizlə onun həmkarı, rəssam Pol Meskal isə 3–cü yeri qazanıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr