AZ

Mesut Özil "Qarabağ"ın məşqini izlədi - FOTO

Almaniya milli komandasının sabiq üzvü Mesut Özül bu gün "Qarabağ" klubunun qonağı olub.

Sportal.az xəbər verir ki, veteran yarımmüdafiəçi "Azərsun Arena"da Azərbaycan çempionunun açıq məşqini izləyib.

Özillə yanaşı, ölkəmizdə səfərdə olan professor İrfan Gündüzün rəhbərlik etdiyi nümayəndə heyəti, "Qarabağ"ın rəsmi şəxsləri və azarkeşlər də məşq prosesini izləyiblər.

Qeyd edək ki, Mesut özil peşəkar karyerası ərzində "Şalke", "Verder", "Real", "Arsenal", "Fənərbaxça" və "Başakşehir"də çıxış edib.

saytlarin hazirlanmasi

Seçilən
16
sportal.az

1Mənbələr