AZ

Yens Stoltenberqin memuarı çap olunacaq- Kitabda nələrdən bəhs olunacaq?

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq alyansa rəhbərlik etdiyi dövrlə bağlı memuar yazacaq.

Azpost.info xəbər verir ki, kitabı 2025-ci ildə “Gyldendal” nəşriyyatı tərəfindən işıq üzü görəcək.

“Təhlükəsizliyimiz üçün kritik bir zamanda dünyanın ən güclü hərbi ittifaqına rəhbərlik etməyin mənim hekayəmdir. Son on ildə dünya daha təhlükəli vəziyyətə düşüb, NATO daha da güclənib. Bunlar bir çox insan üçün böyük fərq yaradan əsas dəyişikliklərdir”, – Stoltenberq deyib.

Kitabın əsas mövzuları arasında Ukraynadakı münaqişə, NATO-nun Əfqanıstandakı fəaliyyəti, blokun ABŞ prezidenti Donald Trampla əməkdaşlığı, həmçinin Rusiya və Çinin böyük dövlətləri ilə münasibətləri yer alacaq. Nəşriyyat memuarları Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Almaniya, İsveç, Danimarka və Finlandiyada nəşr etmək hüququnu artıq satıb.

Azpost.info

Seçilən
16
azpost.info

1Mənbələr