AZ

Stoltenberq NATO-dakı xatirələrini yazacaq

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq NATO-nun rəhbəri kimi 10 illik fəaliyyəti haqqında kitab yazacaq.

Oxu24.com xəbər verir  ki, bu barədə VG qəzeti məlumat yayıb.

Stoltenberq Gyldendal üçün press-relizdə yazır: "Bu, təhlükəsizliyimiz üçün kritik bir zamanda dünyanın ən güclü hərbi ittifaqına rəhbərlik etmək mənim hekayəmdir".

Nəşrin qeyd etdiyi kimi, memuarların 2025-ci ilin payızında nəşri planlaşdırılır; onlara olan hüquqlar artıq 9 ölkəyə satılıb. “Mənim saatım” adlı şərti kitabda keçmiş baş katib NATO üçün “çox dramatik bir dövrdə” işləməkdən danışacaq. Əsas mövzular NATO qoşunlarının Əfqanıstanda olması, ABŞ-ın keçmiş prezidenti Donald Trampla qarşılıqlı əlaqə, həmçinin blokun Rusiya və Çinlə münasibətləri olacaq.

Bundan əvvəl Stoltenberqin Nobel Sülh Mükafatına namizəd olduğu məlum olub. Bununla belə, Norveç Nobel Komitəsi mükafatın Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanları birləşdirən Yaponiyanın Nihon Hidankyo təşkilatına veriləcəyini açıqlayıb.

 

Miri

 

Seçilən
10
oxu24.com

1Mənbələr