AZ

Xaçmazda minik avtomobilləri toqquşdu: 2 ölü, 1 yaralı - FOTO

Xaçmazda baş verən yol qəzasında ölən və yaralıların kimliyi məlum olub.

Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Xudat-Quba avtomobil yolunun 5-ci şöbə adlanan ərazisindən keçən hissəsində baş verən yol qəzasında "VAZ-21011" markalı minik avtomobilinin sürücüsü, 1998-ci il təvəllüdlü Orxan İslam oğlu Məmmədov və onun sərnişini, 2001-ci il təvəllüdlü Nazir Ramin oğlu Tarverdiyev hadisə yerində ölüblər.

Qəza zamanı yaralanan Elməddin Etibar oğlu Məmmədov və Vilayət Vidadi oğlu İbrahimov ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

**

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 11-də rayonun Xudat şəhəri ərazisində "VAZ-21011" və “VAZ-21099” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
avtosfer.az

1Mənbələr