AZ

FIBA Avropa Kuboku: "Sabah" -  "Marussi" oyunu üçün biletlər satışa çıxarılıb

FIBA Avropa Kubokunda mübarizə aparan "Sabah"ın "Marussi" (Yunanıstan) ilə oyun üçün biletləri satışa çıxarılıb.

"Report" xəbər verir ki, G qrupunun II turununun matçına biletlərin qiyməti müvafiq olaraq 2,5 və 10 manat təşkil edir.

Bakı İdman Sarayında keçiriləcək qarşılaşmaya biletləri iticket.az-dan əldə etmək mümkündür.

Görüş oktyabrın 16-da, saat 19:00-da başlayacaq.

Qeyd edək ki, "Sabah" I turun oyununda Belçikanın “Spiru” kollektivinə uduzub - 81:82.

Seçilən
19
8
far.az

10Mənbələr