AZ

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatında iştirak edəcək

Bakı. Trend:

2025-ci ildə təşkil olunacaq Azərbaycan çempionatı üçün müqaviləimzalayıb, turnirdə oynayacağımı təsadiqlədim.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan millisininlideri Şəhriyar Məmmədyarov sosial şəbəkə hesabında etdiyipaylaşımda yazıb.

39 yaşlı qrossmeyster gələn il Azərbaycan çempionatına ölkəninbütün aparıcı zəka sahiblərinin qatılacağına ümid etdiyinideyib:

“Çox maraqlı turnir bizi gözləyir. Ölkə şahmatını dəstəklədiyiüçün Azərbaycan Şahmat Federasiyası və rəhbəri Mahir Məmmədovatəşəkkür edirəm. Ümid edirəm ki, ildən-ilə ölkə birinciliyinədəstəyi artar. Bu ilin başlanğıcından söz vermişdim ki, ölkəbirinciliyində oynayacam və 2025-ci ildə keçiriləcək turnirihəyəcanla gözləyirəm. Bizim gənc və aparıcı şahmatçılarımızlaoynayacağım üçün çox şadam”.

Qeyd edək ki, 2025-ci ildə kişilər və qadınlar arasındaAzərbaycan çempionatı 31 yanvar – 15 fevral tarixindəkeçiriləcək.

Seçilən
38
az.trend.az

1Mənbələr