AZ

Qazaxda universitet tələbələrinin zəhərlənmə hadisəsi ilə bağlı TƏFƏRRÜATLAR VİDEO

Xəbər verdiyimiz kimi, 18 tələbə zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə Qazaxda baş verib. Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbəsi zəhərlənmə şübhəsilə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Tələbələr bildiriblər ki, səhhətlərində problem yaranmazdan əvvəl sonuncu dəfə universitetin bufetində dönər yeyiblər. Bundan sonra müxtəlif vaxtlarda halı pisləşən tələbələr xəstəxanaya müraciət ediblər.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
11
xezerxeber.az

1Mənbələr