AZ

Əlcəzair Fransanı taxıl alqı-satqısında iştirakdan tamamilə kənarlaşdırdı

Bakı. Trend:

Əlcəzair Fransanı taxıl alqı-satqısında iştirakdan tamamiləkənarlaşdırdı.

Trend Əlcəzair KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın8-də keçirilən hərraca hətta Fransa şirkətləri dəvət edilməyib,qalan iştirakçılar Fransa taxılını təklif etməkdən çəkinməyəçağırılıb.

Əlcəzair buğda idxalına görə dünyada dördüncü yeri tutur, yalnızİndoneziya və Çindən sonra ikinci yerdədir, çünki üçüncü yerdə olanTürkiyə buğdasının əhəmiyyətli bir hissəsini daxili ehtiyaclar üçünistifadə etmək əvəzinə emal edib ixrac edir. Son vaxtlara qədərFransa Əlcəzairin əsas taxıl tədarükçüsü idisə, son iki-üç ildə onuRusiya ötüb.

Ölkələr arasında gərginlik Parisin bu ilin iyulunda QərbiSaharanın Mərakeşin suverenliyinə keçmə planını dəstəkləməsindənsonra yaranıb. Bu, bu ərazidə müstəqil dövlət yaratmaqda israrlıolan Əlcəzairlə münasibətləri çətinləşdirib. Qeyd etmək lazımdırki, 2021-ci ilin oktyabrında prezident Makron Əlcəzair millətininFransa müstəmləkəçiliyindən əvvəl mövcudluğunu şübhə altına aldıqdavə ölkənin “siyasi-hərbi sistemini” tənqid edəndə Fransa artıqƏlcəzairlə ticarətdən müvəqqəti olaraq kənarlaşdırılıb.

Seçilən
21
az.trend.az

1Mənbələr